AİJF-nin bir illik fəaliyyəti haqda qısa hesabat
Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının fəaliyyətə başlamasının bir ili tamam olur. AİJF ötən bir il ərzində bir sıra tədbir, görüşlər, eləcə də idman yarışları təşkil edib.

09.01.2020-ci il tarixdə AİJF İdarə Heyətinin ilk iclası olub. Yanvarın 10-da isə qurumun və AİJF rəsmi saytının (www.sportsmedia.az) təqdimatı olub.

Ardınca, il ərzində AİJF aşağıdakı fəaliyyəti ilə yadda qalıb:

18 fevral 2020 – Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

20 fevral 2020 – Park Bulvar otelində, 100-dən çox media nümayəndəsinin iştirakı ilə idman jurnalistlərinin ilk respublika toplantısı keçirilib.

24 fevral 2020 – Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

3 mart 2020 - Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatı təşkil edilib.

6 mart 2020 – 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüş keçirilib və onlara hədiyyələr təqdim edilib.

19 mart 2020 – Koronavirusa qarşı mübarizə məqsədilə, AİJF-nin sosial təbliğat videoçarxı hazırlanaraq telekanallarda nümayiş etdirilib.

22 mart 2020 – Koronavirusa qarşı mübarizə məqsədilə, AİJF-nin Gənclər və İdman Nazirliyi ilə birgə hazırladığı ikinci videoçarxın təqdimatı olub.

8 aprel 2020 – İdman mediasının vergi və DSMF ödənişlərindən azad edilməsi ilə bağlı AİJF Hökumətə rəsmi məktubla müraciət edib.

15 aprel 2020 – AİJF üzvləri Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar. Aksiyaya görə Birinci vitse-prezidentin təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb.

12 may 2020 – Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinar təşkil edilib.

08 iyul 2020 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan milli mətbuatın 145 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına görə təşəkkür məktubu göndərilib.

20 iyul 2020 – Mətbuat Günü münasibətilə, veteran idman jurnalistləri ziyarət edilib, onlara ərzaq sovqatı paylanılıb.

21 iyul 2020 – AİJF idman jurnalistləri arasında görkəmli idman jurnalisti Mirpaşa Miriyevin 100 illik yubileyi münasibətilə yazı müsabiqəsinə yekun vurub və qalibləri mükafatlandırıb.

7 sentyabr 2020 - AİJF-nin ilk nəşri – görkəmli idman yazarı, Əməkdar jurnalist mərhum Mirpaşa Miriyevin anadan olmasının 100 illiyinə həsr edilən “Redaktor” kitabı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çap etdirilib.

25 sentyabr 2020 – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) ilə birlikdə Azərbaycanın “Sidney-2000” Olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirilib, olimpiyaçılara xatirə hədiyyələri göndərilib.

30 oktyabr 2020 – Rusiyanın “Matç TV” idman kanalının Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındakı oyunlarının yayımlanmasına qadağa qoyması ilə bağlı AİJF Rusiya İdman Jurnalistləri Federasiyasına rəsmi etiraz məktubu ilə müraciət edib.

23 noyabr 2020 - Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birgə, 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirib.

27 noyabr 2020 - “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı AİJF Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS), AIPS Avropa və UEFA-ya ölkəmizin idman jurnalistləri adından məktub göndərib.

4 dekabr 2020 - Azərbaycana qarşı müharibədə iştirak etmiş erməni idmançılarının siyahısını beynəlxalq idman təşkilatlarına, eləcə də, AİPS-ə göndərib.

16 dekabr 2020 – AİJF prezidenti Qabil Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb, idman mediasının problemləri, eləcə də idman mediasına dövlət dəstəyi məsələləri müzakirə edilib.

30 dekabr 2020 – Vətən müharibəsində yaralanmış idman jurnalisti, qazi Daşqın Əzizovla görüş keçirilib. D.Əzizə “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyəsi təqdim edilib.

9 yanvar 2021 - Vətən müharibəsində iştirak etmiş bir sıra idman jurnalistləri ilə görüş keçirilib. Onlara AİJF tərəfindən “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.

İl ərzində - AİJF-yə üzvlər qəbul edilib və onların bir çoxuna təşkilatın üzvlük vəsiqələri hazırlanaraq təqdim edilib.

Xəbər 577 dəfə oxundu.