Bu il “Toyota Racing Series”də əcnəbi sürücülər iştirak etməyəcəklər
Bu il “Toyota Racing Series” avtoidman yarışına əcnəbi sürücülər qatılmayacaqlar.

Bu barədə yarışın icraçı direktoru Andrey Devis məlumat verib.

O qeyd edib ki, Yeni Zelandiya Ticarət, İnnovasiya və Məşğulluq Departamenti ilə məsləhətləşdikdən sonra bu il xarici sürücüləri yarışa dəvət etməmək barədə qərar qəbul olundu.

Qışda bir çox gənclər seriyasının iştirakçıları formada qalmaq və super lisenziyanı qazanmaq üçün Yeni Zelandiyada “Toyota Racing Series”də (TRS) mübarizə aparırdılar. Lakin bu il koronavirus səbəbindən gənclərin bu cür şansları yoxdur.

Xəbər 609 dəfə oxundu.