“Qəbələ” 2020/2021-ci il mövsümünün ikinci hissəsinin hazırlığına start verib
“Qəbələ” futbol klubu 2020/2021-ci il mövsümünün ikinci hissəsinin hazırlığına start verib.

“Qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edib.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçirəcəklər. Belə ki, yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Yanvarın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.

Xəbər 402 dəfə oxundu.