Ciddədə “Dakar” rallisinə start verilib
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki avtodromda 2021-ci il “Dakar” rallisinə start verilib.

Krallığın ərazisində 13 gün davam edəcək yürüşdə dünyanın müxtəlif ölkələrindən olan 500 yarış iştirakçısı 7600 kilometr məsafə qət edəcək.

Səudiyyə Ərəbistanın İdman Nazirliyinin məlumatında qeyd olunub ki, ralli iştirakçıları bu ölkənin 10 şəhərindən keçəcəklər. Avtomobil, motosiklet, mühafizə motosikletləri, yük maşınları və yüngül səhra maşınları yeni “Dakar Klassik” kateqoriyasında yarışacaq.

“2021 Dakar Rally” dünyanın ən təhlükəli yarışlarından hesab edilən rallinin 43-cüsü olacaq. Rallidə iki, yaxud üç ekipaj üzvü olmaqla (sürücü, pilot və mexanik) 41 komanda iştirak edir. Ralli iştirakçılarının arasında 16 qadın var.

Xəbər 390 dəfə oxundu.