“Hatayspor” səfərdə “Antalyaspor”u məğlub edib
Dekabrın 29-da futbol üzrə Türkiyə çempionatının XV turunun sonuncu qarşılaşmasında “Hatayspor” səfərdə “Antalyaspor”un qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hataylılar rəqibin qapısından altı cavabsız qol keçiriblər. "Hatayspor"un qollarını Aaron Salem Boupendza (8, 17, 21, 45), Babajide David (35) və Mirkan Aydın (90) vurub.

Hazırda Türkiyə Superliqasına 29 xalla "Qalatasaray" başçılıq edir. 28 xal toplayan "Beşiktaş" ikinci, 27 xal toplayan "Alanyaspor" klubu isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XV turda "Fənərbağça" istirahət edib.


Xəbər 406 dəfə oxundu.