“Sabah” klubu moldovalı yarımmüdafiəçisi ilə müqaviləyə xitam verib
Bakının “Sabah” futbol klubu moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk ilə yollarını ayırıb.

27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu ilin yanvarından “Sabah”ın formasını geyinən Y.Koçuk paytaxt təmsilçisinin heyətində 12 oyun keçirib.

Xəbər 342 dəfə oxundu.