Hans-Diter Fliki Almaniyada 2020-ci ilin futbol adamı seçilib
Almaniyanın “Kicker” nəşri “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Fliki mükafatlandırıb.

Nəşrin sorğusu əsasında, 55 yaşlı mütəxəssis Almaniyada 2020-ci ilin futbol adamı seçilib.

Mütəxəssis “Bavariya” ilə 2020-ci ildə Bundesliqanı, Almaniya kubokunu, Almaniya superkubokunu, Çempionlar Liqasını və UEFA superkubokunu qazanıb.

Xəbər 355 dəfə oxundu.