Mattia Binotto: Gələn mövsüm hədəfimiz ən azı üçüncü yeri tutmaq olacaq
Hələ ilin əvvəlində keçirilən test yarışlarında bolidimizin sürətli olmadığını görürdük. Amma vəziyyətin bu dərəcədə faciəvi olacağını düşünmürdük. Son 40 ilin ən zəif göstəricisi ilə yadda qaldıq. Fanatlarımız bizi belə görməyə öyrəşməyib. Gələn mövsüm hədəfimiz ən azı 3-cü yeri tutmaq olacaq.

Bu sözləri “Ferrari”nin rəhbəri Mattia Binotto növbəti mövsüm komandasının planlarından danışarkən bildirib.

Qeyd edib ki, bu il özünü yaxşı tərəfdən göstərən komandalar növbəti mövsüm də güclü olacaq. “Mercedes” və “Red Bull”la əməkdaşlıq etdiyinə görə “Reysinq Point” və “Alfa Tauri” üstünlüyə malikdir. “Maklaren” də artıq “Mercedes” mühərriklərinə keçir.

M.Binotto komandaya eyni səviyyədə mübarizə aparan və müntəzəm olaraq xallar qazanan pilotların lazım olduğunu da vurğulayıb.

Xatırladaq ki, Sebastyan Fettel mövsüm başa çatdıqdan sonra “Ferrari”ni tərk edib. Bu il “Maklaren”də çıxış edən Karlos Sayns növbəti mövsüm Şarl Leklerlə birgə İtaliya komandasının uğurları üçün çalışacaq.

Xəbər 509 dəfə oxundu.