Norveç həndbolçuları səkkizinci dəfə Avropa çempionu olmaqla rekorda imza atıblar
Norveçin qadın həndbolçulardan ibarət yığması Avropa çempionatının finalında Fransa komandasını 22:20 hesabı ilə məğlub edərək qalib adını qazanıb.

Danimarkada keçirilmiş yarışda norveçlilər səkkizinci dəfə Avropa çempionu olublar. Bu da rekord göstəricidir.

Bürünc medal uğrunda görüşdə isə Xorvatiya komandası danimarkalıları 25:19 hesabı ilə məğlub edib.

Xəbər 449 dəfə oxundu.