ATP yeni mövsümün ilk 3 ayı üçün təqvimi açıqlayıb | |
Peşəkar Tennisçilər Assosiasiyası (ATP) yeni mövsümün ilk 3 ayı üçün təqvimi açıqlayıb. Fransa mətbuatına görə, kişi tennisçilər arasında mövsümün ilk yarışı yanvarın 4-də Amerikanın Florida ştatındakı Delrey-Biç şəhərində keçiriləcək. “Australian Open”in iştirakçıları 14 günlük karantində qalmaq üçün artıq yanvarın 15-dən Avstraliyaya gəlməlidirlər. Turnir fevralın 8-də başlayacaq. Avstraliya açıq çempionatının təsnifat mərhələsində çıxış edəcək tennisçilər fevralın 1-də Əbu-Dabidə qüvvələrini sınayacaqlar. Mövsüm ərzində “Böyük dəbilqə” seriyasının ilk turnirindən sonra tennisçilər fevralın sonunda Monpelye və Kordoba, martın 1-dən 7-dək Rotterdam və Buenos Ayres, 15-dən 21-dək isə Akapulko və Dubay turnirlərində çıxış edəcəklər. Həmin dövrdə keçirilməli olan Oklend, Puna, Nyu-York, Rio-de-Janeyro və İndian Uells turnirləri ləğv ediləcək. |
|
Xəbər 462 dəfə oxundu. |
|
|