“Beşiktaş” futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb | |
“Beşiktaş” klubu futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. On doqquz yaşlı müdafiəçi ilə 2025-ci ilin sonunadək müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi. “Beşiktaş”ın öz yetirməsi olan R.Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyədək “qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb. |
|
Xəbər 350 dəfə oxundu. |
|
|