Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə KİVDF arasında əməkdaşlığa dair müzakirələr aparılıb
Dekabrın 16-da Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb.

Görüşdə ölkəmizdə idman mediasının bugünkü vəziyyəti müzakirə edilib. Qabil Mehdiyev KİVDF rəhbərinə bu sahədə problemlər barədə məlumat verib, ölkəmizdə KİV-in ən böyük qollarından sayılan idman mediasının dövlət dəstəyinə ehtiyac duyduğunu vurğulayıb.
Söhbət zamanı iki qurum arasında əməkdaşlıq, idman mediasının problemlərinin həlli yolları, eləcə də idman mətbuatını narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbər 486 dəfə oxundu.