Ceyms Harden “Hyuston”dan gedə bilər
“Hyuston” basketbol klubunun lideri Ceyms Harden komandanı tərk etmək niyyətindədir.

Bu barədə ABŞ-ın nüfuzlu ESPN televiziya kanalı məlumat yayıb.

Klub rəhbərliyi Rassell Uestbruku “Vaşinqton”a yola salıb əks düşərgədən Con Uollu “Hyuston”a gətirsə də, bu, C.Hardenin fikrini dəyişməyib. Mənbənin məlumatına görə, onun, ümumiyyətlə “Hyuston”dan getmək istəyinin səbəbi Uollun gəlişi ilə də bağlı deyil. Komandanın çempionluq uğrunda mübarizə apara bilməməsi basketbolçunu narahat edir. Üstəlik, mövsüm başa çatandan sonra baş məşqçi Mayk D`Antoni və klubun meneceri Deril Morinin gedişi onu narazı salıb. Strategiyanın tez-tez dəyişməsi 31 yaşlı oyunçunu qane etmir.
Amerika mətbuatı son günlər C.Hardenin “Bruklin” və ya “Filadelfiya”ya keçə biləcəyi haqda məlumat yayıb.

Xəbər 494 dəfə oxundu.