“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov koronavirusa yoluxub
Bakının “Keşlə” futbol klubunun baş məşqçisi Yunis Hüseynov koronavirusa yoluxub.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əlli beş yaşlı mütəxəssis hazırda həkimlərin nəzarəti altında müalicəsini davam etdirir.

Xəbər 350 dəfə oxundu.