Azərbaycan güləşcisi fərdi dünya kuboku yarışlarının dörddəbir final mərhələsinə yüksəlib
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

İlk yarış günündə 55, 67, 72, 77 və 87 kiloqram çəki dərəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.

Millimizin üzvü İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını dörddəbir finala yazdırıb.

Digər güləşçilərimiz Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olub.

Xəbər 434 dəfə oxundu.