Atletika üzrə qış dünya çempionatı təxirə salınıb
Çinin Nankin şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə qış dünya çempionatı təxirə salınıb.

Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) məlumat yayıb. Dünya çempionatının 2023-cü ilin martında təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, bu turnir ikinci dəfədir təxirə salınır. Belə ki, yarışın əvvəl 2020-ci ilin martında keçirilməsi planlaşdırılsa da, 2021-ci ilə təxirə salınmışdı. Atletika üzrə qış dünya çempionatı 2004-cü ildən başlayaraq iki ildən bir keçirilir.

Xəbər 602 dəfə oxundu.