“Ferrari” komandası yaxın gələcəkdə “IndyCar”a keçməyəcək
“Ferrari”nin rəhbəri Mattia Binotto İtaliya komandasının yaxın gələcəkdə “IndyCar”a qatılmayacağını bildirib.

Bu barədə “GrandPX” portalında məlumat verilib. Belə ki, bu ilin yazında komanda Amerikanın Formula seriyasında iştirak etmək istədiyini açıqlayıb və hətta rəhbərliklə danışıqlara başlayıb. M.Binotto planlarını “IndyCar” rəhbərliyi ilə müzakirə etdiklərini və sonda yaxın illərdə bu yarışda iştirak etməmək barədə qərar qəbul etdiklərini bildirib: “Bunun səbəbi bu sahəyə investisiyanın tələb olunmasıdır. Bizim üçün birinci dərəcəli prioritet Formula 1-də iştirak etməkdir. Danışıqları davam etdiririk, amma indi gələcək perspektivi müzakirə edirik”.

Xəbər 547 dəfə oxundu.