Kamal Məhəmməd oğlu Əhmədov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Kamal Əhmədov dekabrın 7-də, ömrünün 86-cı ilində vəfat edib.

Kamal Əhmədov 1934-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirdikdən sonra Qazax rayonuna qayıdıb. 1956-cı ildə böyük çətinliklərlə Qazax şəhər 1 saylı orta məktəbdə güləş məktəbini yaradıb. Qısa zaman ərzində onun yetirmələri respublika, həmçinin Ümumittifaq və beynəlxalq yarışların qalibi olaraq SSRİ idman ustalığına layiq görülüblər.

K.Əhmədov 1961-1972 ci illərdə Qazax Rayon Komsomol Komitəsinin 1-ci katibi XDS İcraiyyə Komitəsinin sədr müavini, 1987-1992-ci illərdə Qazax Rayon İdman Komitəsinin sədri işləyib.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar Bədən Tərbiyəçisi və idman xadimi fəxri adına layiq görülüb.

Kamal Məhəmməd oğlu Əhmədov sərbəst güləş üzrə SSRİ İdman ustası, Əməkdar məşqçi, SSRİ və Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman əlaçısı, fəxri Bədən tərbiyəsi və idman işçisi idi. "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüşdü.

Kamal Əhmədovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi

Xəbər 775 dəfə oxundu.