Azərbaycan qılıncoynadanı Rusiyada keçirilən açıq turnirdə birinci olub
Azərbaycan qılıncoynadanı Rusiyada keçirilən açıq turnirdə birinci olub.

Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Anna Başta və Valeriya Bolşakova Rusiyada keçirilən açıq turnirdə iştirak edib. Novoqorskda İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən turnirdə 43 qadın sablyaçı qüvvəsini sınayıb. Yarışın qalibi Anna Başta olub. Təmsilçimiz həlledici görüşdə Alina Mixaylovanı 15:12 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Turnirin dörddəbir finalında Azərbaycan dueli baş tutub. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Anna Başta Valeriya Bolşakovaya 15:14 hesabı ilə qalib gəlib. V.Bolşakova yekun sıralamada turniri 5-ci sırada başa vurub.

Xəbər 445 dəfə oxundu.