"Australian Open" tennis turnirinin başlanma tarixi açıqlanıb
Avstraliya açıq tennis turnirinin başlanma tarixi məlum olub.

Avstraliya Tennis İttifaqının prezidenti Kreyq Tayli mətbuata açıqlamasında turnirin planlaşdırılan vaxtdan 3 həftə sonra start götürəcəyini söyləyib. Bu da o deməkdir ki, mövsümün ilk “Böyük dəbilqə” seriyalı turniri fevralın 8-də başlayacaq.

Mətbuata açıqlamasında K.Tayli təqvimi müəyyənləşdirmək üçün çox vaxt sərf etdiklərini bildirib. O qeyd edib ki, Avstraliyaya gələn tennisçilər yanvarın 15-dən iki həftə karantinə alınmalıdır: “Biz yarışı təşkil etmək üçün sərt qaydalar tətbiq etməliyik. Karantin müddətini başa vurduqdan sonra tennisçilər istədikləri yerə gedə, hazırlıq oyunları keçirə, hətta azarkeşlər qarşısında çıxış da edə bilərlər”.

Qeyd edək ki, Avstraliya Tennis İttifaqı raketka ustalarının Melburna gəlməsi üçün xüsusi çarter reysləri də təşkil edəcək. İki həftəlik karantin dövründə isə oyunçular yalnız otellərin kortunda müəyyən vaxt çərçivəsində məşq edə biləcəklər.

Xəbər 499 dəfə oxundu.