Milli Basketbol Assosiasiyasının klubları heyətlərini gücləndirirlər
Uzun müddət “Oklahoma Siti Tander”də çıxış edəndən sonra ötən mövsümü “Hyuston Rokets”də keçirən Rassel Vestbruk komandasını yenə dəyişib.

2017-ci ilin ən dəyərli oyunçusu bundan sonra “Vaşinqton “Uizards”ın uğurları üçün çalışacaq. Əvəzində “Vizards”dan gedən Con Uoll karyerasını “Hyuston Rokets”də davam etdirəcək.

Vol 2010-cu ildə draftda ilk seçim kimi vaşinqtonluların heyətinə cəlb olunmuşdu.

On illik fasilədən sonra çempionluq sevinci yaşayan “Los Anceles Leykers” isə lideri – Lebron Ceymslə yeni müqavilə imzalayacaq. Amerika mətbuatının məlumatına görə, ulduz basketbolçu ilə 85 milyon dəyərində olan yeni sövdələşmə 2023-cü ilə qədər nəzərdə tutulub. Həmin il Lebronun basketbolla məşğul olan oğlu Bronni məktəbi bitirəcək.

Xəbər 479 dəfə oxundu.