Azərbaycan Premyer Liqasının üç oyunu təxirə salınıb
Azərbaycan Premyer Liqasının XII turunun 3 qarşılaşması təxirə salınıb.

Azsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də dekabrın 6-da keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun koronavirusa yoluxması səbəbindən baş tutmayacaq.
Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

XII turun “Qəbələ” – “Qarabağ” oyunu isə dekabrın 6-sı saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Xəbər 409 dəfə oxundu.