Kiyevdə keçirilən Avropa çempionatında gənc bədii gimnastların çıxışına yekun vurulub
Noyabrın 28-də Kiyevdə keçirilən Avropa çempionatında gənc bədii gimnastların çıxışına yekun vurulub.

Hər 4 alət üzrə finalda mübarizə aparan gimnastlarımızdan ən yaxşı nəticəni Nərmin Bayramova göstərib. O lentlə icra etdiyi proqrama görə dördüncü olub. İplə çıxışına görə təmsilçimiz altıncı yerdə qərarlaşıb.

Top və gürzlərlə final mərhələsində çıxış edən Alina Gözəlova isə hər iki alət üzrə yekun sıralamada beşinci yeri tutub.

Çempionatın sonuncu günündə - noyabrın 29-da milli komandamızın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova böyük gimnastlar arasında çoxnövçülük yarışlarında qitə çempionu adı uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan komandası çoxnövçülükdə gümüş, komanda hesabında və 3 halqa və 2 cüt gürz ilə yarışlarda bürünc medal əldə edib.

Xəbər 431 dəfə oxundu.