“Qarabağ” antirekordunu yeniləyib
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində 4 turu xalsız başa vurub.

IV turda “Sivasspor”a 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri bu göstərici ilə öz antirekordunu yeniləyib.

Tarixində 7-ci dəfə avrokubokların qrupunda iştirak edən Ağdam təmsilçiləri buna qədər bir dəfə ardıcıl 3 matçda məğlubiyyətə üzülüb. Bu, 2018-2019-cu il mövsümündə qeydə alınıb. Həmin vaxt UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” “Sportinq”ə (Portuqaliya) 0:2, “Arsenal”a (İngiltərə) 0:3, “Vorskla”ya (Ukrayna) 0:1 hesabı ilə uduzub.

Bu dəfə dörd məğlubiyyətdən sonra 9 top buraxan təmsilçimiz iki il əvvəlkindən fərqli, 3 dəfə rəqib qapısına yol tapa bilib.

Qeyd edək ki, cari mövsümdə “Qarabağ” Təl-Əviv “Makkabi”sinə (İsrail) 0:1, “Vilyarreal”a (İspaniya) 1:3, “Sivasspor”a (Türkiyə) isə 0:2 və 2:3 hesabı ilə uduzub.

Xəbər 364 dəfə oxundu.