Boliviya Futbol Federasiyasının müvəqqəti prezidenti həbs olunub
Boliviya Futbol Federasiyasının müvəqqəti prezidenti Markos Rodriqes həbs olunub.

Hadisə milli komandanın dünya çempionatının seçmə mərhələsinin Ekvadorla oyunu (2:3) zamanı baş verib.

Cari ilin iyulunda bu posta təyin olunan funksioner korrupsiyada ittiham olunur.

Qeyd edək ki, Rodriqes federasiyanın sabiq prezidenti Sezar Salinasın koronavirus səbəbindən dünyasını dəyişməsindən sonra bu vəzifəyə təyin edilib.

Xəbər 426 dəfə oxundu.