Azərbaycanın 4 cüdoçusu Avropa birinciliyində mübarizəyə qoşulur
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi davam edir.

Mötəbər yarışın ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır. Belə ki, Elcan Hacıyev, Zelim Çkayev 81, Adil Kərimli 100 kiloqram, Camal Feyziyev isə 100 kiloqramdan yuxarı çəki dərəcələri üzrə medallar uğrunda döyüşəcəklər.

Qeyd edək ki, qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.

Gənc cüdoçularımızdan Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı Avropa birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

Xəbər 461 dəfə oxundu.