AFFA-nın əməkdaşı Türkiyə–Rusiya oyununa təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Türkiyə–Rusiya qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.

Matç noyabrın 15-də İstanbulda “Şükrü Saraçoğlu” stadionunda keçiriləcək.

Xəbər 319 dəfə oxundu.