“İpək yolu” beynəlxalq rallisinin tarixi və marşrutu müəyyənləşib
2021-ci ildə keçiriləcək “İpək yolu” beynəlxalq rallisinin tarixi və marşrutu müəyyənləşib.

Avrasiyanın ən böyük turniri iyulun 1-dən 11-dək üç ölkədə - Rusiya, Monqolustan və Çində baş tutacaq.

Yarış iştirakçıları ümumi uzunluğu təxminən 5 min kilometr olan 10 mərhələdə mübarizə aparacaqlar.

Turnir Rusiyanın Omsk vilayətində başlayacaq və Çinin Urumçi şəhərində başa çatacaq.

Xəbər 547 dəfə oxundu.