Gənc cüdoçularımız Avropa çempionatında mübarizə aparacaqlar
Noyabrın 4-də Xorvatiyanın Poreç şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı start götürəcək.

Yarışda Azərbaycan komandasının tərkibində 7 idmançı mübarizə aparacaq. Belə ki, Turan Bayramov (60 kq), Rəşid Məmmədəliyev, Mətin Rzazadə (hər ikisi 73 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 81 kq), Camal Feyziev (100 kiloqramdan yuxarı) kişilər arasında güclərini sınayacaqlar. Qadınlar arasında isə komandamızı Ramilə Əliyeva (48 kq) təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 412 idmançının çıxışı gözlənilir.

Xəbər 461 dəfə oxundu.