AİJF Rusiya İdman Jurnalistləri Federasiyasına etiraz məktubu göndərib
Bu günlərdə Rusiyanın “Matç TV” idman kanalı Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun Avropa Liqasındakı oyunlarını yayımlanmasına qadağa qoyub. Kanalın bu addımı Azərbaycanda olan izləyicilərinin diqqətindən yayınmayıb. Azərbaycan idman jurnalistlərinin araşdırması zamanı məlum olub ki, buna səbəb kanalın ermənilərin xətrinə dəymək istəməməsidir.

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) “Matç TV”-nin Azərbaycana qarşı qərəzli mövqe tutmasını pisləyir və qəti şəkildə etiraz edir.

Bununla bağlı AİJF İdarə heyəti Rusiya İdman Jurnalistləri Federasiyasına rəsmi məktubla müraciət edib. Məktubda qeyd olunub ki, erməni əsilli şəxslərin “xoşuna gəlmir” deyə, Azərbaycan klubunun oyunlarına qadağa qoymaq Rusiya mediasının Azərbaycana qarşı qərəzini nümayiş etdirir. Bu hal Azərbaycan – Rusiya dostluq münasibətlərinə erməni tərəfinin zərbə vurmaq üçün növbəti cəhdidir.

Xəbər 505 dəfə oxundu.