Extreme E-nin ilk mövsümünün təqvimi açıqlanıb | |
Extreme E seriyasının təşkilatçıları birinci mövsümün təqvimini açıqlayıb. Elektrikli avtomobillərdən istifadə edən Extreme E-nin ilk mövsümü beş mərhələdən ibarət olacaq və mart ayında Səudiyyə Ərəbistanında start götürəcək. Extreme E-nin qurucusu və icraçı direktoru Aleksandro Aqaq pandemiya dövrünün çətinliklərinə baxmayaraq 2021-ci ilin martında keçiriləcək ilk yarışa ciddi hazırlaşdıqlarını bildirib. O, qeyd edib ki, Formula 1 çempionları Luis Hamilton və Niko Rosberqin komandalarının da mübarizə aparacağı çempionatda digər sürücülərinin adları da yaxın aylarda açıqlanacaq. Extreme E-nin rəsmisi onu da bildirib ki, mövsümün finalı Argentinanın Pataqoniya şəhərində keçiriləcək. Argentinadakı yarış Nepalda əvvəlcə nəzərdə tutulan mərhələni əvəz edəcək. |
|
Xəbər 600 dəfə oxundu. |
|
|