“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub
Bakının “Neftçi” futbol klubunun qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.

Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq qapıçının üç həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

Qeyd edək ki, 2017/2018-ci il mövsümündən etibarən “Neftçi”nin heyətində 67 oyunda meydana çıxan S.Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.

Xəbər 396 dəfə oxundu.