Braziliya çempionatında gözlənilməz nəticə qeydə alınıb
Qadın futbolçular arasında Braziliya çempionatında gözlənilməz nəticə qeydə alınıb.

Çempionatın ikinci turunda “San Paulo” səfərdə “Taboao”nu 29:0 hesabı ilə məğlub edib.

İlk hissədə rəqib qapısından 17 top keçirən “San Paulo”, fasilədən sonra daha 12 dəfə fərqlənib.

“San Paulo”nun qollarını Covaninya (3), Kamilla (6), Qlausiya (3), Coavana, Duda (3) Andressa (2), Emili (4), Karol (5) və Perolla vurub.

İlk matçında 3:0 hesabı ilə qalib gələn “San Paulo” hazırda liderdir.

Xəbər 431 dəfə oxundu.