Mirça Luçesku UEFA Çempionlar Liqasının tarixinə düşüb
Ukraynanın “Dinamo Kiyev” futbol klubunun baş məşqçisi Mirça Luçesku UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Cari mövsüm Kiyev təmsilçisinin başında “Yuventus”a qarşı matça çıxan 75 yaşlı mütəxəssis turnirin tarixinin ən yaşlı baş məşqçisi olub. O, bu göstəricidə “Bavariya”nın sabiq çalışdırıcısı Yupp Haynkesin rekordunu (72 yaş) yeniləyib.

Qeyd edək ki, “Dinamo”-“Yuventus” görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 488 dəfə oxundu.