Türkiyə Super Liqası: “Fənərbağça” liderliyə yüksəlib | |
Türkiyə Super Liqasında V turun növbəti oyunu keçirilib. İkinci oyun günündə keçirilməli olan 4 matçdan üçü baş tutub. “Hatayspor” – “Ərzurum BB” qarşılaşması təxirə salınıb. Günün iki görüşündə eyni hesablı heç-heçə qeydə alınıb. “Antalyaspor” – “Qaziantep” və “Fatih Karagümrük” – “Kasımpaşa” oyunlarında tərəflər bir xalı bir qolla qazanıb. Günə İzmirdə yekun vurulub. “Fənərbaxça” “Göztəpə”nin qonağı olub. 5 qolun vurulduğu qarşılaşmada qalib gələn İstanbul klubu birinci pilləyə yüksəlib. Meydan sahibləri isə ilk məğlubiyyətini alıb. Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq. |
|
Xəbər 380 dəfə oxundu. |
|
|