Azərbaycan Voleybol Federasiyasının baş katibi CEV-in İdarə Heyətinə üzv seçilib | |
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib. Bu, Avstriya paytaxtı Vyanada 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib. Səkkiz namizədin iştirak etdiyi ikinci mərhələdə 25 səs toplayan AVF-nin baş katibi istəyinə çatıb. O, həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək, ilk dəfə CEV İdarə Heyətində üzvlüyünü rəsmiləşdirib. |
|
Xəbər 446 dəfə oxundu. |
|
|