Futbolçumuzun çıxış etdiyi “Aleksandriya” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb | |
Ukraynanın “Aleksandriya” futbol klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib. Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi komandada son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 27 nəfərdə infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Onlardan 15-i evlərində karantinə alınıb, 11-i ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır. Koronavirusa yoluxan bütün futbolçuların temperaturunun normal olduğu, onlarda simptomların müşahidə olunmadığı bildirilir. Qeyd edək ki, “Aleksandriya” oktyabrın 18-də Ukrayna Premyer Liqasının 6-cı turu çərçivəsində “İnqulets” klubu ilə qarşılaşmalıdır. |
|
Xəbər 490 dəfə oxundu. |
|
|