Futbol üzrə San-Marino millisi son altı ildə ilk dəfə xal qazanıb
Futbol üzrə San-Marino millisi Millətlər Liqası çərçivəsində Lixtenşteyn komandası ilə heç-heçə edib.

Bu, San-Marino komandasının son altı ildə məğlub olmadığı ilk görüşdür.

Son dəfə komanda 2014-cü ildə xal qazanıb. Belə ki, milli komanda 2016-cı il noyabrın 15-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Estoniya ilə heç-heçə etmişdi.

Altı il ərzində komanda 40 matçda məğlub olub, 173 qol buraxıb və yalnız dörd qol vurub.

Xəbər 660 dəfə oxundu.