Azərbaycanlı məşqçi karyerasını Küveytdə davam etdirəcək
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçılar üzrə sabiq məşqçisi Ramiz Kərimov karyerasını Küveytdə davam etdirəcək.

Mütəxəssis “Əl Ərəbi” klubu ilə ikiillik müqavilə imzalayıb. Belə ki, klubun U-15 və U-17 komandalarının qapıçıları ilə çalışan gənc mütəxəssis əsas komandanın da məşqçilər korpusuna daxil edilib.

Qeyd edək ki, R.Kərimov əvvəllər “Qarabağ”ın aşağı yaş qruplarında məşqçilik edib.

Xəbər 445 dəfə oxundu.