“Roland Garros-2020”: Rafael Nadalın finaldakı rəqibi məlum olub
Oktyabrın 10-da tennis üzrə Fransanın açıq çempionatının ("Roland Garros") finalçıları müəyyənləşib.

Turnirin ilk yarımfinal görüşündə ispaniyalı tennisçi Rafael Nadal argentinalı Dieqo Şvartsmanla qarşılaşıb. Üç setlik mübarizədə Nadal üstün olub - 6:3, 6:3, 7:6 (7:0). Görüş 3 saat 12 dəqiqə davam edib.

Yarımfinal mərhələsinin ikinci görüşündə dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçlə (Serbiya) yunanıstanlı tennisçi Stefanos Tsitsipas qarşılaşıb.

Üç saat 58 dəqiqə keçən gərgin görüş serbiyalının 6:3, 6:2, 5:7, 4:6, 6:1 qələbəsi ilə yekunlaşıb.

Turnirin həlledici görüşü oktyabrın 11-də keçiriləcək.

Qeyd edək ki, qadınların fərdi mübarizəsində həlledici görüşdə polşalı İqa Şvyontek və ABŞ-dan olan Sofiya Kenin üz-üzə gələcək.

Xəbər 551 dəfə oxundu.