“Qarabağ”ın rəqibi UEFA-ya 25 futbolçunun adını göndərib
Avropa Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan İspaniyanın “Vilyarreal” komandası UEFA-ya iştirak ərizəsini göndərib.

Primero təmsilçisi əsas mərhələ üçün 25 futbolçu sifariş edib.

Heyətdə qapıçılar - Serxio Asenxo, Jeronimo Rulli, İker, müdafiəçilər - Mario Qaspar, Raul Albiol, Pau Torres, Funes Mori, Xuan Foit, Pervis Estupinyan, Alberto Moreno, Ruben Penya, Xayme Kosta, Sofian Çakla, Alfonso Pedraza, yarımmüdafiəçilər - Dani Parexo, Visente İborra, Manu Trigeros, Takefusa Kubo, Frensis Kokelin, Moi Qomes, hücumçular - Xerard Moreno, Karlos Bakka, Dani Raba, Pako Alkaser və Yeremi Pino yer alıblar.

Komandalar arasında ilk oyun oktyabrın 29-da İspaniyada, növbəti matç isə dekabrın 11-də Bakıda təşkil olunacaq.

Xəbər 338 dəfə oxundu.