Soçi avtodromunda "Kral yürüşləri" adlı sərgi təşkil olunacaq | |
Formula 1 Rusiya Qran-Prisi çərçivəsində "Kral yürüşləri" adlı sərgi keçiriləcək. Soçi avtodromunda təşkil olunacaq sərgidə Formula 1-in 70 illik yubileyinə həsr olunmuş rəsm əsərləri nümayiş olunacaq. Sərgidə Rusiya, Belarus və Bolqarıstandan olan rəssamların əl işləri təqdim ediləcək. Qeyd edək ki, Formula 1 Rusiya Qran-Prisi sentyabrın 24-27-də Soçi avtodromunda keçiriləcək. |
|
Xəbər 476 dəfə oxundu. |
|
|