Alvaro Morata İtaliyanın “Yuventus” klubuna keçməyə yaxındır
İspaniyanın “Atletiko Madrid” futbol klubunun hücumçusu Alvaro Morata İtaliyanın “Yuventus” klubuna keçməyə yaxındır.

Turun təmsilçisi 27 yaşlı hücumçunun transferi ilə bağlı Madrid klubu ilə razılığa gəlib. İspaniyalı oyunçu bu gün tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Turinə gedib.

Qeyd edək ki, A.Morata 2014-2016-cı illərdə “Yuventus”da oynayıb. O, bu müddətdə 93 matçda 27 qol vurub, 18 məhsuldar ötürmə edib.

Xəbər 331 dəfə oxundu.