“Tour de France” veloyürüşünün 18-ci mərhələsinin qalibi polşalı velosipedçi Mixal Kvyatkovski olub
Bir neçə günü əhatə edən “Tour de France” veloyürüşünün 18-ci mərhələsi başa çatıb.

Veloyürüşün 18-ci mərhələsində iştirakçılar 175 kilometr məsafə qət ediblər. Finiş xəttini rəqiblərindən tez keçən polşalı Mixal Kvyatkovski mərhələnin qalibi adını qazanıb. O, 4 saat 47 dəqiqə 33 saniyə nəticə göstərib. Ekvadorlu Riçard Karapas ikinci olub. İlk üçlüyü isə belçikalı Vout van Art tamamlayıb.

Ümumi yarış cədvəlinə sloveniyalı Primoj Roqliç başçılıq edir. O, 79 saat 45 dəqiqə 30 saniyə nəticə ilə birincidir. Onun həmyerlisi Tadey Poqaçar liderdən 57 saniyə geri qalır. Kolumbiyalı Anhel Lopez Migel isə üçüncü yerdə qərarlaşıb.

İyirmi bir mərhələdən ibarət “Tur de Frans” veloyürüşünə sentyabrın 20-də yekun vurulacaq.

Xəbər 497 dəfə oxundu.