Formula 1 Türkiyə Qran-Prisinə 6 saat ərzində 40 min bilet satılıb
Formula 1 Türkiyə Qran-Prisinə 6 saat ərzində 40 min bilet satılıb.

Biletlərin sürətlə satılmasına səbəb onların ucuz olması göstərilir. Belə ki, bu biletlərin hər birinin qiyməti cəmi 30 türk lirəsi təşkil edir.

Türkiyə Qran-Prisinin təşkilatçıları yarış üçün, ümumilikdə 100 min bilet satmağı planlaşdırırlar. Bununla belə, epidemioloji vəziyyət pisləşərsə, yarışın boş tribunalarla keçiriləcəyi variantına baxılacaq.

Yarışın təşkilatçısı “İntercity” şirkətinin rəhbəri Vural Ak qeyd edib ki, avtodromun tutumu 220 min yerlik olsa da, COVID-19 şəraitində təhlükəsizlik səbəbindən yalnız 100 min bilet satılacaq. O, eyni zamanda, virusun yayılması ilə bağlı vəziyyətin daha da pisləşəcəyi təqdirdə, yarışın tamaşaçısız keçiriləcəyini vurğulayıb.

İstanbul trasında keçiriləcək Türkiyə Qran-Prisi noyabrın 15-də baş tutacaq.

Xəbər 574 dəfə oxundu.