“Neftçi” və “Qalatasaray” klublarının rəhbərlikləri arasında görüş olub
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də üz-üzə gələcək “Neftçi” və “Qalatasaray” klublarının rəhbərlikləri arasında görüş olub.

Görüşdən sonra hər iki klubun rəhbərliyi bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarına əsasən stadiona azarkeşlər buraxılmayacaq.

Xəbər 381 dəfə oxundu.