Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib | |
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən dəfə açıqlanan reytinq cədvəl ilə müqayisədə Azərbaycan milli komandası iki pillə irəliləyib. Millimiz 1179 xalla 112-ci pillədə qərarlaşıb. Reytinq cədvəlinə 1773 xalla Belçika millisi başçılıq edir. Fransa 1744 xalla ikinci, Braziliya (1712) isə üçüncü pillədə qərarlaşıblar. |
|
Xəbər 380 dəfə oxundu. |
|
|