İsveçrəli Mark Hirşhi “Tour de France” veloyürüşünün 12-ci mərhələsinin qalibi olub
“Tour de France” veloyürüşündə 12-ci mərhələyə yekun vurulub.

“Sunweb” komandasının təmsilçisi, isveçrəli Mark Hirşhi bütün rəqiblərini qabaqlayaraq birinci olub. Belə ki, o, 218 kilometr məsafəni 5 saat 8 dəqiqə 49 saniyəyə qət edib.

M.Hirşi “Tour de France” mərhələsini qazanan ən gənc isveçrəli velosipedçi hesab olunur (22 yaş 17 gün). Yarışda ikinci yeri fransız Pyer Rolland (“Vital Concept”), üçüncü pilləni isə danimarkalı Syoren Kraq Andersen (“Sunweb”) tutublar.

Sloveniyalı velosipedçi Primoj Roqliç ümumi yarış cədvəlinə liderlik edir – 51 saat, 26 dəqiqə 43 saniyə.

Xəbər 484 dəfə oxundu.