ABŞ açıq turnirində qadın tennisçilərin yarışının finalçıları müəyyənləşib | |
Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində qadınlar arasında finalçılar müəyyənləşib. Turnirin altıqat qalibi Serena Vilyams yarımfinalda belaruslu Viktoriya Azarenkoya məğlub olub – 1:2 (6:7, 6:3 və 3:6). Belaruslu raketka ustası finalda yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. Həlledici oyun sentyabrın 13-də keçiriləcək. |
|
Xəbər 492 dəfə oxundu. |
|
|