Sloveniyalı velosipedçi Tadey Poqaçar “Tour de France”ın doqquzuncu mərhələsinin qalibi olub
“Tour de France” veloyürüşü davam edir. Yarışın doqquzuncu mərhələsində iştirakçılar 153 kilometr məsafə qət ediblər.

Sloveniyalı velosipedçi Tadey Poqaçar finiş xəttini rəqiblərindən tez keçib. O, 3 saat 55 dəqiqə 17 saniyəlik nəticə göstərib. Digər Sloveniya idmançısı Primoj Roqliç ikinci olub. İlk üçlüyü isə isveçrəli Mark Hirşi tamamlayıb.

Ümumi yarış cədvəlinə P.Roqliç başçılıq edir. O, 38 saat 40 dəqiqə 01 saniyə nəticə ilə birincidir. Kolumbiyalı Eqan Bernal liderdən cəmi 21 saniyə geri qalır. Fransa təmsilçisi Qiyom Marten isə üçüncüdür. O, doqquz turdan sonra 38 saat 40 dəqiqə 30 saniyə nəticə göstərib.

Xəbər 704 dəfə oxundu.